Menu

Ermənistanda məmurların iştirakı ilə kütləvi dava olub

26.04.2023, 00:38
Ermənistanda məmurların iştirakı ilə kütləvi dava olub

Ermənistanın Ararat rayonunda məmurların iştirakı ilə kütləvi dava olub. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, kütləvi davada Artaşat icması rəhbərinin müavini, Arevşat icmasının rəhbəri və digər şəxslər iştirak ediblər. Ümumilikdə 7 nəfərin iştirak etdiyi dava ilə bağlı bağlı araşdırma aparılır.

Fakt üzrə materiallar İstintaq Komitəsinin Ararat vilayət üzrə idarəsinə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol