ABŞ prezidenti Barak Obamanın "İslam Dövləti" (İŞİD) terror təşkilatı ilə mübarizədə koordinator təyin etdiyi xüsusi nümayəndə, general Con Allen Türkiyəyə gedib.
Bu barədə SalamNews “Anadolu” agentliyinə istinadla xəbər verir.
C.Allenin paytaxt Ankarada Türkiyənin yüksək vəzifəli rəsmiləri ilə görüşəcəyi bildirilir.
Görüşlərdə İŞİD-lə mübarizə metodları müzakirə ediləcək.


Şərhlər