“100.000 dollarlıq saat taxıb, 250.000 avroluq maşında gəzib-dolaşır”.
“AzPolitika.info” xəbər verir ki, bunu deputat Etibar Əliyev “feysbuk”da həmkarı Vahid Əhmədovun tənqidinə həsr etdiyi statusunda yazıb.

Xatırladaq ki, Vahid Əhmədovun blogerlərdən birinə müsahibəsi Milli Məclisin rəhbərliyinin və üzvlərinin qəzəbinə səbəb olub. V.Əhmədov həmin müsahibəsində bir sıra tənqidi fikirlər söyləyib, eyni zamanda parlamentin bir çox üzvlərinin qanuna zidd olaraq bizneslə məşğul olduqlarını deyib. Milli Məclisin son iclasında V.Əhmədova hücumlar olub.
E.Əliyev həmkarı haqda yazır: “Dahi Nils Bor deyirdi ki, iki cür həqiqət var: Şit (bayağı) həqiqət və böyük həqiqət. Şit həqiqətin əksi əlbəttə ki, yalandır. Böyük həqiqətin əksi isə yenə həqiqətdir.
Vahid Əhmədov haqqında formalaşan qaragüruhçuluq şit həqiqətə xidmət edir. Bu adamı Azərbaycan parlamentinin və ictimai həyatın qəhrəmanına çeviriblər. Mən bu adamı parlamentdə tanımışam. Cəmi 5-6 çıxışı olub bu çağırışda. Özü də nə vaxt: Nazirlər Kabinetinin və Hesablama Palatasının hesabatında... Adam parlamentdən ayağını çölə atan kimi deyir ki, bahalaşma var, uşaq pulu verilməlidir və s. Və kütlə üçün qəhrəmana çevrilir. Adam (Vahid Əhmədov) 100.000 dollarlıq saat taxır, 250.000 Avroluq maşında gəzib-dolaşır. Şəhid ailəsinin banka borcunu dövlətə ödətdirir, qəhrəman olur. Vicdanı demir ki, mən milyonlara manat pulu dövlətin hesabına qazanmışam və pulun 10.000 manatını, sizin borcunuzu bağlamağa sərf edəcəm. Danışıqları şəxsi mənafeyinin qorunmasına xidmət edir. Amma qəhrəmandır. Bunun bircə adı var: Vahid Əhmədov çağımızın ən böyük avantüristidir....”
“AzPolitika”

Şərhlər
Tehsil sahesini çox yaxşı bilen ,maraqlı yazıları ile ferqlenen Etibar müellim bu defe gereksiz bir çıxış etdi.
Çox gereksiz arqumentlerle Vahid müellimi tenqid etdi.Eslinde onun dediklerinde ele bir sehv yox idi.
Vahid Əhmədov nəinki 100 min hətta daha bahalı saat taxa bilər , O sovet dövründən indiyə kimi yüksək vəzifələr də çalışıb ,məşhur Keşlə maşınqayırma zavodunda baş direkor işləyəndə fəhlə sinfinin rəğbətini qazanan tək-tük rəhbərlərdən biri olub ,sonralar isə deputat fəaliyyəti ilə də özünə hörmət qazanıb.
Vahid Ehmedov deyir ki,uşaq pulu verilsin.Adam doğru deyir də.Vahid Ehmedov xalqa yaxın adamdır.
vahid m cox savadli insandi heqiqeti deyande hemise dusmen olursan
Sizi nedi narahat eden,o musahibede hech de qehremanliqa aparasi bir shey yoxdu .Deyilenleri siz de yaxshi bilirsiniz xalq da.O adam eger cesaret tapib deyirse ondan siz de numune goturmelisiniz..
Birincisi,şəhid ailəsinin hansısa borcunun dövlət tərəfindən ödənilməsini dilə gətirmək ayıbdır.Şəhid canını vətən yolunda verir.Ona bunun müqabilində haqqından min dəfə az ödənilir.Ailəsinə darısqal və şəhər mərkəzindən 50 km uzaqda "atılmışlar" guşəsində mənzilcik verilir.
E.Əliyev də belə getdi...təəssüf
indiki bazar münasibətləri şəraitində Qubada alma, Zaqatalada fındıq bağı, "Binə" və "Sədərək"də 2-3 dükanı olan da bahalı saat taxıb bahalı maşın sürür. Bi şəxs də SSRİ dağılmamışdan əvvəldən ən yüksək ali rəhbər vəzifələrdə işləyib. Burda nə var ki ? Deputatlardan Milli Məclisdə başqa bahalı saat, maşını olan yoxdur ki ? Şəxsi təyyarə demirəm. Bir az məntiqli danışın. Yetim əlində qoğal tutub, əcaib görsənir ?
Duzgun fikirdir. Vahid muellimin dediyi 2 nefer biriozu digeri yeqin Mesimov muellimdir. Ele bilki duz yolda qeza edib
Bu tapşırıqla ola kompaniyadır.Eger beledirse ve Etibar bey edaletli adsmdırss niye indiyedek susub .İkincisi Vehid bey senayeçşdir,itisfiyyatı gözel bilen mütexessisdir.Biznez yaradıb meslehet berib böyük miqdarda pul qazsna biler, mümkündür.Meger figer deputatlar melekdir.Bu ölkede hamı bilir ki hansı memur,hansı deputat ne ike nefes slır.