Menu

ABŞ İBA-dan çıxıb

27.04.2023, 09:57
ABŞ İBA-dan çıxıb

Dünya boksunda yeni qalmaqala start verilib.

Apasport.az saytının məlumatına görə, ABŞ Boks Federasiyası (USA Boxing) Beynəlxalq Boks Assosiasiyasının (İBA) üzvlüyündən çıxıb.

Bunu qurumun mətbuat xidməti açıqlayıb. Hindistanda keçirilən qadın boksçular arasında dünya çempionatını boykot edən şimali amerikalılar İBA-dan ayrılmağa qərar verib.

Qeyd edək ki, Rusiya Boks Federasiyasının sabiq baş katibi Umar Kremlyovun prezidenti olduğu İBA 2022-ci ilin payızında Rusiya və Belarus idmançılarının yarışlara qaytarılmasına qərar verib. Bu, bir sıra ölkələrin narazılığına səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol