Menu

ƏRDOĞAN PUTİNLƏ DANIŞDI – Gündəmə dair əsas məsələlər müzakirə edilib + VİDEO

27.04.2023, 17:37
ƏRDOĞAN PUTİNLƏ DANIŞDI – Gündəmə dair əsas məsələlər müzakirə edilib + VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Türkiyə-Rusiya əlaqələri və regional məsələlər müzakirə edilib.

Ərdoğan telefon danışığı zamanı Putinə “Akkuyu” Atom Elektrik Stansiyasının inşasıyla bağlı verdiyi töhfələrə görə təşəkkür edib.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi, taxıl müqaviləsi ilə bağlı məsələlər, həmçinin Suriyadakı hadisələr də müzakirə edilib.

Görüşdə vitse-prezident Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan da iştirak edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol