Menu

Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib

27.04.2023, 19:14
Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib

2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarından 7-si kişi, 6-sı isə qadındır. Onlardan 6-sı isə 18 yaşına çatmayanlar olub (3 oğlan, 3 qız).

Bu ilin birinci rübündə Gürcüstandan ən çox deportasiya edilən əcnəbilər Azərbaycan vətəndaşları olublar.

Hesabat dövründə Gürcüstandan 10 Hindistan, 8 İran, 7 Banqladeş olmaqla ümumilikdə 15 ölkədən 55 əcnəbi deportasiya edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol