Təhsilin hər üç pilləsində ciddi problem var.
APA xəbər evrir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin iclasında deyib.
O bildirib ki, nazirlik bu sahələrin idarə edilməsində öz funksyasını tam yerinə yetirmir:
"Proseslər çox ləng gedir. Fərmanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq hesab edirəm ki, ciddi işlər görülməyib. Digər tərəfdən sertifikatlaşdırma məsələsinə gəlincə, hesab edirəm ki, ali təhsil sahəsində ciddi problem var. Tələbə diplom alır, amma bir müddət sonra gəlib deyirik ki, biz sizin diploma güvənmirik və biliyinizi yoxlayırıq. Bizim universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir".


Şərhlər
Neinki ali tehsil ocaqlari hetta mekteblerde bele muellimler ders kecmir, sadece vaxt oldurmekle mesquldular, bunu bilmeyen var? O ki qaldi ali tehsil ocaqlarina burda veziyyet daha berbaddi, teyin olunan rektorlar tehsil ocagini ceviribler ticaret obyektine. Uzun muddet Azerbaycan Texniki Universitetibde calisan bir qohumum var, rektorun elinden qan aglayir. 2019-cu ilde teyin olunan bu adam btun qohum eqrabasini, kendlilerini yerlesdirib universitetde, ne ar qanir, ne abir. 3 il erzinde ozu teyin etdiyi 3 prorektor, Turkiyedden getirdiyi bele, isden xaric edib. Siravi emekdaslar 300-400 manat, muellim heyeti 700-1000 manat emek haqqi aldiqlari halda oz etrafinda yigdigi sebeke uzvlerine 3000-4000 emek haqqi teyin edib. Bir sozle qocanam ali tehsil mussisesi qalib bir seristesiz adamin umidine.... Hami bilir, amma ne olsun.