Naxçıvan şəhər ərazisindəki şadlıq saraylarından birində keçirilən toyda baş verən mübahisə dava ilə yekunlaşıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, dava nəticəsində Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kənd sakini, 1996-cı il təvəllüdlü Fərəcov Vüsal Bayram oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla əlaqədar araşdırmalar aparılır.


Şərhlər
Eybi yox,113 il əvvəl Məşdibad da şuluqluq salmışdı yemək içmək məclisində.Yəni xəlqimin toy kimi yox,toyda şuluq salmaq kimi bir adəti var.Nağayraq,beləyik də.Əcnəbilər Marsda laboratoriyalar,yaşayış məskənləri salmağa hazırlaşır,biz isə hələ də ictimai yerlərdə özümüzü aparammırıq.Yemək-içmək məclisində şuluqluq salaraq camaatın yediyini-içdiyini burnundan gətirmək yemək-içmək mədəniyyətinin olmamasından irəli gəlir.Leş üstünə gələn kaftarlar boğuşar,banan bolluğuna düşən meymunlar çığırışa-çığırışa döyüşər,arpası bol olan atlar qızışıb sahibinə şıllaq atar.Adam olan kəs nə qədər əsəbi olsa da səbrini basar süfrədəki çörəyə-duza hörmət olaraq.