Menu

“Müharibə səbəbindən 7 milyon ukraynalı xaricə köçüb” – Ukraynalı deputat

29.04.2023, 15:23
“Müharibə səbəbindən 7 milyon ukraynalı xaricə köçüb” – Ukraynalı deputat

Hazırda əksəriyyəti qadınlardan ibarət 7 milyon ukraynalı müharibə səbəbindən xaricdə yaşayır.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna parlamentinin Ali Radasının deputatı və İqtisadi İnkişaf Komitəsinin üzvü Boris Prixodko deyib.

Prixodko xaricə köçən ukraynalıların 70 faizinin ali təhsilli olduğunu vurğulayıb.

“Xalqın nümayəndələri olaraq onları öz evlərinə qaytarmaq, yüksək həyat səviyyəsi və işlə təmin etmək bizim borcumuzdur”,- deyə deputat bildirib.

O əlavə edib ki, iqtisadiyyatın bərpası və gələcək inkişafı üçün yaxın 10 il ərzində Ukraynaya 750 milyard dollar vəsait lazımdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol