Menu

ABŞ İranın bəyanatını təkzib edib

29.04.2023, 18:09
ABŞ İranın bəyanatını təkzib edib

ABŞ məhbusların mübadiləsinə dair İranın bəyanatını təkzib edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Qeyd olunub ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsi ilə ABŞ-ın 13 ay əvvəl məhbusların mübadiləsi barədə razılığa gəldiyi barədə iddiaları yalandır.

Abdullahianın bu barədə açıqlama verməsindən sonra ABŞ Dövlət Departamenti də öz növbəsində belə bir razılaşmanın mövcudluğunu təkzib edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan öncə də yaydığı bəyanatda İran tərəfinin məhbusların mübadiləsi ilə bağlı bəyanatlarının heç bir əsası olmadığını və bunun yalan olduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol