Menu

Bakıda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

30.04.2023, 22:31
Bakıda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən "Report"a verilən məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb.

Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Sabunçu rayonunda, Balaxanı-Zabrat yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

“Report”un məlumatına görə, "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, "VAZ-2107" zərbənin təsirindən yanaraq kül olub. Nəticədə sürücü də daxil olmaqla, sərnişin ölüb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəza zamanı "Mercedes"də olanlar xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib.

Yaralılar 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol