Menu

"Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz" - Hulusi Akar

01.05.2023, 11:31
"Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz" - Hulusi Akar

“Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz”.

“Report” “Star” a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə şagirdlərlə görüşündə deyib.

O bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur: “Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”.

Nazir son dövrdə görülən işlərdən də danışıb: “Bəziləri “TCG Anadolu” desant gəmisini, “Togg” milli avtomobilimizi tənqid edir. Bu, səhv yanaşmadır. Əlbəttə, işlərimiz davam edəcək. “ATAK-1” helikopterini istehsal etmişdik. İndi “ATAK-3” ə keçmişik. Hər versiya əvvəlkindən daha təkmildir. Biz öz istehsalımız olan silahlara, texnologiyaya sahib çıxmalıyıq”.

Şərhlər

Mubariz 2023-05-01 11:53:12

Ziyafət Əsgərov , indi anladınmı Vahid Əhmədov nəyi nəzərdə tuturdu ,bəli Türkiyənin gözü həm Qafqazda ,həm də Orta Asya Türk dövlətlərindədir ,yoxsa sizin kimilərin qulluq etdikləri dövlətlər bizləri çoxdan bir dəfəyə udardılar ( Rusya ,İran ) Türkün gözü daimi üzərmizdən əksik olmasın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol