Menu

Piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb

01.05.2023, 11:43
Piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb

Ötən gecə Sumqayıtda idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin 1987-ci il təvəllüdlü Şirinov Zaur Əliəskər oğlu olduğu müəyyənləşib.

O, saxlanılaraq məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Çerkası küçəsində baş verib. Hadisə nəticəsində piyada, 2006-cı il təvəllüdlü Ceyhun Cavadov ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol