Menu

Gözlənilən gürcü - erməni savaşı

19.11.2014, 16:04
Gözlənilən gürcü - erməni savaşı

Rusiyanın regiona hərbi müdaxilə etmək təhlükəsi yaranıb

Gürcüstanın Avropa Birliyi ilə münasibətlərinin dərinləşməsi İrəvanda ciddi narahatlıq doğurur.

ANS PRESS-in məlumatına görə, rəsmi İrəvan bu addımın gələcəkdə Ermənistanı tam blokadaya salaraq Rusiya ilə əlaqələr mane olacağından qorxur.

Məsələ bundadır ki, Gürcüstan hazırda Rusiya - Ermənistan kommunikasiyaları üçün tranzit rolunu oynayır. Amma yanvarın 1-dən Ermənistan Avrasiya İttifaqının üzvü kimi fəaliyyətə başladıqdan sonra bu kommunikasiyaların gələcəyinin necə olacağı sual altındadır. Çünki hakimiyyətdə Saakaşvilini əvəz edən komanda da NATO ilə inteqrasiyanı davam edir. Təbii ki, Gürcüstan NATO və ya Avropa Birliyinin üzvü olduqda Rusiya Ermənistan əlaqələri sual altına düşəcək.

Noyabrın ortalarında Gürcüstanın iqtisadiyyat naziri İrəvana səfər edərək bu məsələləri həll etməli idi. Amma göründüyü kimi, həmin səfər gerçəkləşmədi. Həmçinin Gürcüstan tərəfi Avropa Birliyi ilə əlaqələrə daha çox önəm verdiklərini vurğulayır.

“Bizim Rusiya ilə münasibətlərimizdə real irəliləmə yoxdur. Amma Avropa Birliyindən tam dəstək alırıq”, - deyə Gürcüstan prezidenti İrakli Qaribaşvili vurğulayıb.

Təbii ki, belə olan tərzdə Ermənistanın yalnız bir yolu qalır - Axalkalakidə yaşayan erməniləri fəallaşdıraraq Gürcüstan üçün yeni cəbhə açmaq. Bu həm də Rusiyanın regiona hərbi müdaxilə edərək haqqında çoxdan danışılan Osetiya-Cavaxetiya, yəni Rusiya - Ermənistan dəhlizini həyata keçirməsinə əsas yarada bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol