Menu

“Naxçıvanda obyektləri əlindən alınanların əmlakı geri qaytarılmır” – Fazil Mustafa

01.05.2023, 17:09
“Naxçıvanda obyektləri əlindən alınanların əmlakı geri qaytarılmır” – Fazil Mustafa

“Naxçıvanda problemlərin həlli üçün sosial ədalət bərpa olunmalıdır, əks halda, insanlar hansısa dəyişikliyə inanmayacaqlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu deputat Fazil Mustafa “Azadlıq” radiosuna açıqalmasında Vasif Talıbovdasn sonra Naxçıvan Muxtar respublikada baş verən dəyişikliklərə münasibət bildirərkən deyib.

"Yüzlərlə insanın obyekti əlindən alınıb, onu da qaytarmaq nəzərdə tutulmur. Yenidən insanların iqtisadi fəallığını artırmağa, təşəbbüs və təkliflərə imkan yaradılmalıdır. Mənə gələn şikayətlərdən bir qismində vəziyyətin dəyişmədiyi, bəzilərində isə basqıcı psixoloji vəziyyətin yüngülləşdiyi deyilir. Gözləntiləri həyata keçməyənlər də var. Çayxanaların, yeməkxanaların açılması hələ həyatın canlanması deyil ki. İstehsal müəssisələrini gücləndirmək lazımdır, təbii resursların çıxarılması və emalı, yeni müəssisələrin açılması lazımdır", – deputat bildirir.

Fazil Mustafa muxtar respublikada idarəetmə sistemində əsaslı dəyişiklik aparılmasını vacib sayır. Naxçıvanda məmur sayının respublikanın digər bölgələrinə nisbətən çox olduğunu deyən deputat təklif edir ki, onların saxlanmasına büdcədən ayrılan pulları əhalinin iqtisadi vəziyyətini yaxşılaşdırmağa yönəltmək olar.

“AzPolitika.info”

Şərhlər

Fuad Səlimov 2023-05-02 08:27:53

30 ildir Azərbaycanda yaxşılığa doğru hansı dəyişikliklt olub ki?Torpaqlar məmur və deputatlar tərəfndən mənimsənilib,monopoliya böyüyüb,ətazilər tam azad edilə bilməyib,Qohumbazlıq,regionçuluq daha da inkişaf edib,Əhalinin güzəranı getdikcə çətinləşib,Polis rejimi əhalinin yaşamını iflic edib,təhsil ,səhiyyə sistemləri zəifləyib, və sair neqativ hallar ölkədə vəziyyəti qabarıq surətdə biruza veerir.Belə halda hansı inkişafdan,yaşamdan,qanunçuluqdan danışmaq olar?

Azərbaycanlı 2023-05-01 21:02:51

He qeder ki korrupsiya əməlləri faktlarla sübut olunmuş memurlar (onlara memur demek mümkünse) iş başında sabotajla meşğullar orada neyese nail olmaq mümkün deyil.Onlar ilan kimi her yerde sürünüb fısıldaşıllar. hER VECHLE çalışıllar ki Namik Hesenov sindromu tekrarlansı ki məlum region mafiyası iş başında qalsın. Fuad müəllimə uğurlar arzulayaq. O ki qldı memur sayına Fazil bey sizinle razı deyilem o say Azərbaycanın regionlarından belə azdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol