Menu

“İlon bacarmadı...” - Medvedev Polşanı təhqir etdi, “tvitter” blokladı

01.05.2023, 17:15
“İlon bacarmadı...” - Medvedev Polşanı təhqir etdi, “tvitter” blokladı

Rusiya Təhlükəsizlik Şurası(TŞ) katibinin müavini Dmitri Medvedev öz “tvitter” səhifəsində Polşanı və polşalıları təhqir edib. 

“AzPolitika.info” xəbər verir ki, “tvitter”in Medvedevin “polşalıları siçan kimi qırmaq lazımdır” paylaşımına məhdudiyyət qoyması Rusiya TŞ katibi müavinini hiddətləndirib.

Medvedev bu dəfə “tvitter”in sahibi İlon Maskı tənqid edərək, onu “ABŞ və Ukrayna qarşısında əyilməkdə” günahlandırıb: “İlon bu məsələ ilə bacarmadı. “Tvitter” amerikalılar və ukraynalılar(təhqiramiz ifadə işlədir) qarşısında əyildi və bir vaxt Trampla davrandığı kimi davrandı”.

TŞ katibi müavininin dediyindən belə çıxır ki, onun bütöv bir milləti və dövləti təhqir və təhdid etmək hüququ var, “tvitter”-in isə bunu bloklamaq hüququ yoxdur.

Qeyd edək ki, Medvedevin təhqir və təhdidlərinə Polşadan çoxsaylı cavablar gəlib. Həmin cavablarda həm də Medvedevə “az içmək” tövsiyyə olunub...

“AzPolitika.info”    

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol