Menu

Bakıda "Formula-1"ə görə bağlanmış yollar açılıb

02.05.2023, 09:38
Bakıda "Formula-1"ə görə bağlanmış yollar açılıb

Bu gün səhər saat 8:00-dan etibarən Bakı Şəhər Halqası istiqamətində bağlanmış yollar artıq açılıb.

Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.

“Neftçilər prospekti, İstiqlaliyyət və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün yol ayrıclarında maneələr çəkilib, onlar 3 gün ərzində ərazidən götürüləcək. Digər söküntü işləri mərhələli şəkildə aparılacaq”, - DYP rəsmisi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol