Menu

Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşəcək

02.05.2023, 12:54
Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüş keçirəcək.

APA xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev qarşıdakı saatlarda NATO Baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrlə Müavinlər Komitəsi (DPRC) formatında ikitərəfli görüş keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol