Menu

Sinaqoqa hücum: Netanyahu qətiyyətli cavab vəd edir

19.11.2014, 16:35
Sinaqoqa hücum: Netanyahu qətiyyətli cavab vəd edir

Benyamin Netanyahu hücumçuların evlərinin uçurulmasına dair əmr verib.

İsrailin Baş Naziri Benyamin Netanyahu fələstinlilərin sinaqoqa 5 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra “Qüds uğrunda döyüşdə” qələbə çalacağını elan edib.

"Bizi dövlətimiz və paytaxtımızdan çıxarmaq istəyənlər... istədiklərinə nail olmayacaqlar", İsrailin Baş Naziri deyib. Qüdsdə hər iki tərəfin müqəddəs hesab etdiyi məbədlər məsələsi qanlı mübahisəyə səbəb olub.

Çərşənbə axşamı şəhərin qərbindəki sinaqoqa iki fələstinlinin hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb. Hadisədə ən azı 7 adamın ciddi xəsarət aldığı bildirilir.

Bu, son ildə Qüds şəhərində baş vermiş ən qanlı hücum olub. Netanyahu hücumçuların evlərinin uçurulmasına dair əmr verib.

Çərşənbə günü yer alan hücumu fələstin lideri Mahmud Abbas pisləyib.

Bununla yanaşı hücumu aparıcı dövlətlərin liderləri də pisləyiblər.

"Günahsız vətəndaşlara qarşı bu kimi hücuma bəraət qazandıran səbəb yoxdur və ola bilməz", - ABŞ prezidenti Barack Obama deyib.

Son günlər israillilərin Dağüstü Məbəd adlandırdığı Hərəm əs-Şərif məscidi ətrafında yaranmış mübahisələrə görə, israillilərlə fələstinlilər arasında gərginlik kəskinləşib. Müqəddəs məbəd kompleksinə daxil olan əl-Aqsa məsçidi əhəmiyyətinə görə İslam aləminin 3-cü məsçidi sayılır.

Fələstinlilər 1967-ci ildən işğal altında qalan Şərqi Qüdsü gələcək fələstin dövlətinin paytaxtı kimi rəsmiləşdirilməsinə çalışırlıar. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol