Menu

“Rusiya böyük terror aktı hazırlayır” – “Belə dronları istənilən hərbi mağazada almaq olar...”

04.05.2023, 00:12
“Rusiya böyük terror aktı hazırlayır” – “Belə dronları istənilən hərbi mağazada almaq olar...”

Rusiyanın Kremlə Ukrayna PUA-ları vasitəsilə hücum və Putinə qarşı sui-qəsd ittihamlarına rəsmi Kiyevdən daha bir cavab gəlib.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak Kremlin bu cür hadisələrdən bəhanə kimi istifadə edərək, Ukraynada dinc əhaliyə qarşı böyük terror aktı hazırladığınl bildirib: “Kreml üzərindəki dronlara gəlincə, hər şey öncədən göründüyü kimidir. Açıq görünür ki, Rusiya iri miqyaslı terror aktı hazırlayır. Ona görə əvvəlcə guya Krımda diversant qrupu yaxalayır, ardınca “Kreml üzərində dronları” nümayiş etdirir”.

Podolyak deyib ki, Rusiyanın nümayiş etdirdiyi dronları istənilən hərbi mağazada almaq olar və ola bilsin ki, Rusiyadakı bəzi obyektlərə dron hücumlarını yerli müqavimət hərəkatının nümayəndələri ediblər. Ukraynaya gəlincə isə o, sırf müdafiə müharibəsi aparır və Kremlə edilən “dron hücumu” kimi zərbələr heç bir hərbi əhəmiyyət daşımır. Əvəzində, bu cür hadisələr yalnız Kremlə Ukraynanın dinc şəhərlərinə terror zərbələri endirməsi üçün bəhanə verir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol