Menu

“Rusiyanın təcavüzünü dəf etmək üçün Ukrayna Ordusunu hər cür dəstəkləyirik” – Polşa səfiri

04.05.2023, 10:26
“Rusiyanın təcavüzünü dəf etmək üçün Ukrayna Ordusunu hər cür dəstəkləyirik” – Polşa səfiri

"Artıq bir ildən çoxdur ki, Ukraynanın yanındayıq, onun azadlığını rus işğalçılarına qarşı müdafiə edirik".

“AzPolitika.info” xəbər verir ki, bunu Polşa Konstitusiyasının qəbulunun 232-ci ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə səfir Rafał Poborski deyib.

Diplomat bildirib ki, Ukrayna xalqı həm də 3 May Konstitusiyasının dəyərlərinin varisidir və o, illərdir ki, vətəndaşlarının gələcəyini təhlükəsiz şəkildə qurması üçün demokratiyaya, hüquqa, azadlıqların təminatına əsaslanan dövlətlər birliyinin bir hissəsi olmağa çalışır: "Bu istəklər Şərqdən gələn təcavüzkar tərəfindən vəhşicəsinə boğulmaqdadır. Azadlıq ənənəsinin və 3 May Konstitusiyasının varisləri olan Polşa və polşalılar "Ruskiy mir”in – “Rus aləmi”nin nə olduğunu aydın başa düşür və xatırlayır".

Rafał Poborski deyib ki, Rusiya əsrlər boyu onun bir hissəsi olmağa razı olmayan xalqlara qorxu, köləlik və gerilik gətirib. "Buna görə də, Rusiyanın qəddar hücumuna cavab olaraq biz yeganə mümkün şəkildə hərəkət edə bilərdik. Qaçqınlara sığınacaq verməklə və Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanı və Ukrayna Ordusunu hər cür dəstəkləməklə", səfir qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol