Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Hüquqları Şəbəkəsi (SNHR) 3 May - Dünya Mətbuat Azadlığı Günü ilə bağlı hesabat dərc edib.
“AzPolitika.info” xəbər verir ki, şəbəkənin hesabatına görə, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ilin martından bu yana müxtəlif media orqanlarında çalışan 715 jurnalist öldürülüb.
Məlumata görə, Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi xarici terrorçu qruplar sözügedən dövrdə 5-i əcnəbi və 1-i qadın olmaqla, ümumilikdə 553 media işçisini qətlə yetirib.
Həmçinin Əsəd rejiminə dəstək verən Rusiyanın hava zərbələri nəticəsində 24 mətbuat əməkdaşı həyatını itirib. Vətəndaş müharibəsi zamanı terror təşkilatı İŞİD 3-ü əcnəbi, 2-si qadın olmaqla ümumilikdə 64 mətbuat işçisini qətlə yetirib.
PKK/YPG terrorçuları isə 4 mətbuat mənsubunu, rejim əleyhdarı silahlı qruplar isə 3-ü qadın olmaqla 34 mətbuat işçisini öldürüblər.
Suriyada vətəndaş müharibəsi başlayandan bəri media sahəsində çalışan 1309 nəfərin nəzarət altına alındığı, 9-u qadın olmaqla 471 mətbuat mənsubundan xəbər alına bilmədiyi bildirilib.
“AzPolitika.info”


Şərhlər