Menu

Putin Türkiyəyə gedir

19.11.2014, 17:18
Putin Türkiyəyə gedir

Rusiya prezidenti Vladimir Putinin əvvəlcə oktyabr ayında baş tutması gözlənilən, lakin sonradan təxirə salınan Türkiyə səfəri dekabrın 1-də həyata keçiriləcək.

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, səfər zamanı V.Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci toplantısına sədrlik edəcək.

İclasda əsasən iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət həcminin 2020-ci ildə 100 milyard dollara çatdırılması məsələsi müzakirə ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol