Avropa İttifaqı Rusiyanın sanksiyalardan yayınmasına yardım edən ölkələrə qarşı ciddi addımlar atmağa hazırlaşır.
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı məlumat yayan “Bloomberg” agentliyi öz mənbələrinə istinadla bildirir ki, ilk növbədə son zamanlar Moskva ilə ticarət dövriyyəsi, xüsusilə də texnologiyalar və məişət texnikası satışında “sıçrayış” əldə edən ölkələr hədəfə alınacaq.
Rusiya ilə ticarətdə artımın səbəblərini izah edə bilməyən və Rusiya hərbi sənayesinə yardımda şübhəli bilinən ölkələrə qarşı sanksiyalar tətbiq olunacağı gözlənilir.
Qeyd edək ki, son zamanlar dəfələrlə Qərb mətbuatında Ermənistanın adı Rusiyanın sanksiyalardan yayınmasına kömək edən ölkələr sırasında keçib. Belə ki, Ermənistandan Rusiyaya təkcə məişət texnikasının satışı dəfələrlə artıb.
Hansı ki, Ermənistanın özü bu texnikanı istehsal etmir. Onun Avropadan və digər ölkələrdən alıb, Rusiyaya baha qiymətə satdığı məişət texnikalarının detalları isə Rusiya hərbi sənayesində istifadə olunur. Ona görə də Avropa İttifaqının cəzalandıracağı ölkələr sırasında Ermənistanın da olacağı gözlənilir.
“AzPolitika.info”


Şərhlər