“Ukraynanın Kremlə pilotsuz təyyarə ilə hücum etməsinin faydalı tərəfi yoxdur, bunu Rusiyanın özü təşkil edib”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Sky New”-un siyasi məsələlər üzrə müxbiri Tamara Koen Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbələrinə istinadla deyib.
T. Koen qeyd edib ki, bu hücum Ukraynaya heç nə vəd etmir: “Hər şey mümkündür, amma belə bir hücum Ukrayna üçün sərfəli deyil. Bu, Ukraynaya heç bir hərbi üstünlük vermir. Hımçinin hamı bilir ki, Putin Kremldə qalmır”.
Onun sözlərinə görə, Rusiyanın belə bir hücumu həyata keçirmək üçün daha çox motivləri var: “Rusiya bu yolla sosial birliyi təmin edir və daha təhlükəli bombardmanlar üçün bəhanə hazırlayır”.
Xatırladaq ki, mayın 3-də Kremlə PUA-larla hücum olub. Rusiya bu məsələdə Ukraynanı günahlandırıb və hadisəni Vladimir Putinə qarşı terror aktı kimi qiymətləndirib. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
“AzPolitika.info”


Şərhlər
Putin 1999-da baş nazir olan kimi Rusiyanın bir neçə şəhərində yaşayış binalarını FSB-yə partlatdırıb günahı çeçenlərin üstünə ataraq Çeçenistana hücum etdi.O binalar partladılmasaydı Yeltsinlə Masxadov arasında 1996-da bağlanmış müqaviləni pozmaq olmazdı,bir dövlət kimi imzasına etibar azalardı dünyada.Ona görə də haralarsa partladılmalı və ruslardan qırılanlar olmalıydı ki,bunu bəhanə edib müqaviləni pozsun və şığısın Qroznıya.İndi yaşayış binalarını yox,dövlətin göbəyi olan Kremli partlatmağa hazırlaşır,demək Ukraynanı yerində oturtmaq üçün nüvə silahından istifadə etməyə tutarlı bəhanə hazırlayır.Ukraynanın əks hücuma keçəcəyi bu günlərdə dağıdıcı gücü az olsa belə nüvə bombalarından istifadə etməyə dünyanın nəzərində haqq qazandırmaq istəyir özünə.