Menu

"Vətəndaş satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb" - DİN

04.05.2023, 22:20
"Vətəndaş satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb" - DİN

Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satışa çıxardığı qida məhsullarının polis tərəfindən dağıdıldığını iddia edərək və internet TV kanallarından birinə müsahibə verib.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib ki, küçə ticarəti ilə məşğul olan Vüqar Əzizovun iddiaları şəxsi mülahizələrdir. O, əsasən hərəkətin sıx və intensiv olduğu küçədə, piyada yolunda qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib. V.Əzizov bu əməlləri ilə hüquqazidd hərəkətlərini davam etdirərək satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb.

Qeyd edək ki, onunla dəfələrlə profilaktik iş aparılmasına və müvafiq icra hakimiyyəti əməkdaşları tərəfindən qanunla müəyyən olunan yerlərdə ticarət aparması təklif olunsa da imtina edib.

Polis əməkdaşları tərəfindən onun qanunsuz əməllərinin qarşısı alınıb.

Şərhlər

dadaşyev 2023-05-05 11:16:35

Kişinyov bazarına bizimkilərdən biri təzəcə yerləşib limon satırdı,moldovan satıcılar ona dedilər ki,a bala,haqq vermədən olmaz,bu bazarın mafiozları var,bax başına iş açacaqsan.Bu da deyib ki nə haqq əşi,bura Avropa deyilmi?Moldovanlar istehzayla qımışıb susublar ki,özün bilərsən.Heç bir saat keçmir,yekə bir şkaf-adam gəlir,sakitcə deyir ki,o limonları yığışdır,camaatın yolunu bağlamısan.Deyib ötür.Bu da məhəl qoymadan satmağa davam edir.Yarım saatdan sonra adam bir də gəlir,yenə sakitcə deyir ki,o limonları yığışdır dedim,camaatın yolunu bağlamısan.Bu başlayır ki,əşi yol harda,mən harda,amma adam buna heç baxmayıb uzaqlaşır.Bir azdan üç-dörd şkaf- adam gəlir,buna heç bir söz demədən hərəsi bir limon yeşiyini götürüb küçəyə boşaldırlar və uzaqlaşırlar.Bu dəmdə bayaqkı yekə adam gəlir,görür ki,limonlar yerlə birdi,deyir mən dedim yığışdır,demədim ki limonları camaatın ayaq altına boşalt.Bu nə qədər deyirsə üç-dörd adam gəldi dağıtdı getdi,adam eşitmək istəmir,polis gəlib tutub aparır limonsatanı şöbəyə.Orda görürlər registrasiyası yoxdu,həm ona görə,həm də ictimai yerdə xuliqanlıq etdiyinə görə yaxşıca sağırlar,hələ izahat da yazdırırlar ki,limonları mən dağıtmışam,bir də belə şey eləmərəm,bir də belə şey eləməli olmadığını unutmasın deyə qulağının dibinnən də bir-iki dənə ilişdirib buraxırlar. O vaxtdan yazığın yaddaşında bir fikir atalar sözü kimi qalmışdı,deyirdi haqqı çatmayan satlıq məhsullar dağılmağa məhkumdu.

zaur 2023-05-05 10:06:42

A kişi bizim polisimiz elə iş görməz

Vahid 2023-05-05 00:22:18

vaxtinda pulunu vermeyib.Ona göre qanun işe düşüb.

t.ədalət 2023-05-04 22:53:15

Polis pulunu verməyənlərin məhsullarını dağıdır,hələ oyana da keçir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol