Menu

"Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi 4 dəfə artıb" - Taleh Kazımov

05.05.2023, 11:34
"Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi 4 dəfə artıb" - Taleh Kazımov

Son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası sayəsində milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

"İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşib. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb", - T. Kazımov qeyd edib.

AMB-nin sədri əlavə edib ki, regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilmiş, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri qovşağına çevrilib: "Beləliklə, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib".

Şərhlər

t.ədalət 2023-05-05 14:15:48

Bütün sahələrdə əsassız qiymət artımları və cərimələr hesabına.

Cahangir 2023-05-05 12:02:59

Bu rəqəmlər maraq doğurur.Deməli ixracın 15 dəfə artması,istehsalın 4-5 dəfə artmasının nə demək ilduğunu cənab Kərimov düşünürmü?Bu çıxış çox maraq doğurur.Bir ədəd də idövlətin iri sənaye müəssisəsi olmayan halda bu artım haradan əmələ gəlir?

Mühəndis-işsiz 2023-05-05 11:57:50

Bu hansı illə müqayisədir?Ölkə Sovet vaxtı 91 xarici ölkələrə məhsullatıı ixrac erdi. İri 3000-42000 işçiyə malik iri fabrik və zavodları dağıdıb yerində bit dənə də olsa yenisi yaradılmayan ,Ali təhsil diplomlu hamballlar ölkəsinə çevrilən Azərbaycanda iqtisadiyyatın inkişafından danışmaq gülünc görünmürmü?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol