“Mən “Vaqner özəl hərbi şirkətini Baxmutdan çıxarıram. Çünki hərbi silah-sursat çatışmazlığı səbəbindən onlar mənasız ölümə məhkumdurlar”
“AzPolitika.info” xəbər verir ki, bunu “Vaqner” başçısı Yevgeni Priqojin bu gün yayımladığı videomüraciətində deyib.
Priqojin bildirib ki, Müdafiə Nazirliyi “Vaqner”-ə lazım olan silah-sursatın 10 faizini verir. Ona görə də “Vaqner”-i Baxmutdan çıxarıb, arxa cəbhədəki düşərgələrə yerləşdirmək barədə qərar verib.
Priqojin Müdafə naziri Sergey Şoyquya, Baş Qərargah rəisi Valeri Gerasimova, Vladimir Putnə və Rusiya xalqına rəsmən müraciət edərək, mayın 10-da “Vaqner”-in Baxmutdan çıxmağa və mövqelərini Rusiya ordusuna təhvil verməyə məcbur olduğunu bildirib. O, silah-sursatları bitsə də, 9 may bayramına qədər gözləyəcəklərini söyləyib.
“Vaqner” başçısı yenə Müdafiə Nazirliyi rəhbərliyini ittiham edərək, bilərəkdən onlara silah-sursat verilmədiyini iddia edib. O, Müdafiə Nazirliyi rəhbərliyinin tarixə “qorxaqlar” kimi düşəcəklərini də deyib.
“AzPolitika.info”

Şərhlər
Yəni Paramoşa demək istəyir ki,mən vəzifəmi dondururam.Ə,vəzifə sənə dədənnən qalıb ki dondurursan?Sən özüvü dondura bilərsən.vəzifə ətdi ki dondurasan?