Menu

"Mən özümü diplomatdan daha çox Aİ-nin müdafiə naziri kimi hiss edirəm" - Borrell

05.05.2023, 13:23
"Mən özümü diplomatdan daha çox Aİ-nin müdafiə naziri kimi hiss edirəm" - Borrell

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya hərbi tədarükləri koordinasiya edərək özünü diplomatdan daha çox Aİ-nin müdafiə naziri kimi hiss etdiyini deyib.

APA xəbər verir ki, Borrell bunu Florensiyada keçirilən ekspertlər konfransında bildirib.

“Mən özümü diplomatik xidmətin rəhbərindən daha çox Aİ-nin müdafiə naziri kimi hiss edirəm. Mən heç vaxt artilleriya mərmilərini sayacağımı düşünməzdim”, - Borrelll qeyd edib.

O vurğulayıb ki, münaqişə Ukraynanın kapitulyasiyası ilə başa çatmamalıdır. Əlavə edib ki, hazırda sülhdən danışmağın vaxtı deyil və Ukraynanın qələbəsi dəstəklənməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol