Menu

"Naxçıvanda struktur dəyişikliklərinin aparılması qaçılmazdır" - Səlahiyyətli nümayəndə

05.05.2023, 19:14
"Naxçıvanda struktur dəyişikliklərinin aparılması qaçılmazdır" - Səlahiyyətli nümayəndə

"Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir, müəssisə və təşkilatlarımızın Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə sıx işləməsi üçün struktur dəyişikliklərinin aparılması labüddür və qaçılmaz bir prosesdir".

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibəsində deyib.

"Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvanda yerləşən adekvat qurumları 4-5 parçaya bölünmüş vəziyyətdədir. Onun metodiki bazası demək olar ki, mövcud deyil. Burada struktur vahidlərinin bəziləri natamamdır. Maddi-texniki baza isə demək olar ki, tam formalaşmış vəziyyətdə deyil. Ona görə də, bu gün muxtar respublikada gördüyünüz kimi struktur islahatları tam sürətlə davam edir. Əvvəlcədən elan etdiyimiz kimi, şəffaflıq və peşəkarlıq əsas prinsiplərimizdən biridir. Ona görə də, bu tələblərə cavab verməyən, bu tələbləri qarşılaya bilməyən struktur rəhbərləri də vəzifələri ilə vidalaşmalı oldular. Onlarla nazirlik, komitə, idarələrin rəhbərləri novator, enerjili, peşəkar və şəffaf mühitdə işləməyi bacaran kadrlarla əvəzləndi", - F.Nəcəfli bildirib.

Şərhlər

Марк Твен 2023-05-05 23:44:01

кто то из великих сказал--не пачкайте свою жизнь людми--которые вас не ценят и не любить..........когда тебе плохо, представ,что ты тонеш. Ты же не будешь ждать, когда тебе спасут? Вот и сейчас не жди поддержку. Спасайся сам тебе никто не поможет ---если все зависит от вашей поддержки

нахчыванлылар 2023-05-05 23:24:52

состояния гос.системы Нахчывана-это многолетная-отрочительная селекция отвратительных кадров без совесты-без стыда-без моральных норм -без принципов в целом глубако враждебные к новым изминениям кадров --они настроены и изотеченж против культуры--больщинство сплетники и изоточены к жестокости--

məmur 2023-05-05 23:04:46

islahat demədi--strukturda deyişiklik dedi----əla

Rasim Quliyev 2023-05-05 20:46:45

Naxcivanda adam qalib ki.Vasif Talibovun elinden hamsi qacib gedib.Gomruk temizleselerde yene de Nehrem kendini hamsini kocurdubler .Ele bil gomruye.Bir gomruyu TQDK imtahan kecirtsin akedimayada hemcinin veziyyet o yerdedir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol