Menu

Avropa İttifaqı Ukraynaya 1 milyard avroluq yeni yardımı təsdiqləyib

06.05.2023, 11:43
Avropa İttifaqı Ukraynaya 1 milyard avroluq yeni yardımı təsdiqləyib

Avropa İttifaqı Şurası Ukraynanı sursatla təmin etmək üçün 1 milyard avro vəsait ayrılmasını təsdiqləyib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir.

“Avropa Sülh Fondu”ndan pul Ukrayna silahlı qüvvələri üçün 155 mm-lik artilleriya mərmilərinin və lazım gələrsə, müxtəlif raketlərin alınmasına ayrılacaq. 

“Ukrayna silahlı qüvvələrinin Ukrayna xalqını və ərazisini qorumaq üçün xeyli miqdarda sursata ehtiyacı var. Bu, onlara tez lazımdır. Biz bununüçün 1 milyard avro ayıracağıq və Aİ-nin Ukraynaya ümumi hərbi yardımını 5,6 milyard avroya çatdıracağıq”, – Aİ-nin ali nümayəndəsi Cozef Borrel bildirib.

Qeyd olunur ki, bu məbləğ 2023-cü il sentyabrın 30-dan gec olmayaraq bağlanacaq müqavilələrin maliyyələşdirilməsinə yönəldiləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol