“Təhsil sistemimizdə uzun illər böyük vəzifə tutmuş bir qisim adamlar xeyli aktivləşiblər. Təkliflər verirlər, yollar göstərirlər. Bu adamlara vaxtilə islahat aparmaq, yararlı işlər görmək üçün kifayət qədər şərait yaradılmışdı. Maliyyə imkanları da yetərli səviyyədə idi. Lakin pis əməllər və savadsızlıq inkişafın qarşısını aldı”.
“AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili, Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü Etibar Əliyev “Feysbuk” səhifəsində yazıb.
“Köhnələr yenilərin səriştəsizliyindənmi bəhrələnirlər? Bu amil var və bunu inkar etmək qeyri-mümkündür. İndiki cavanların çoxu təhsili bilmir. Yaşlılar izə zamanın sürətlə dəyişən paradiqmalarından xəbərsizdirlər”, - o əlavə edib.
E.Əliyev vurğulayıb ki, təhsildə 15-20 il böyük vəzifə tutanlar çox pis örnəklər qoyublar: “2500-dən çox saxta diplomlu müəllim, bütün dövlət proqramlarının korrupsiyaya yönəlməsi, dərslik siyasətinin rüsvayçılıq halına gətirilib çatdırılması, minlərlə saxta diplomlulara şəhadətnamələrin verilməsi, universitetlərin şəxsi ambisiyalarla idarə olunması və s. Bütün bu yaramaz işləri unutdurmağa çalışırlar. Axı bütün bunlar millətə və dövlətə vurulan zərbələrdir. Mən bu iki nəslin bir araya gəlməsinin tərəfdarıyam, lakin bu həmrəylik təhsilimizə nəsə verəcəkmi? Optimist olmaq mümkün deyil. Axı nəyi müzakirə edəcəklər? Yaşlılar həm də təhsil sahəsində ictimai rəyi çaşdırırlar. Məncə bunun qarşısı alınmalıdır. Özlərini elə aparırlar ki, sanki təfəkkürlərində sıçrayışlı dəyişiklik baş verib. Düşüncəmə görə heç nə dəyişməyib, həmən paslı təfəkkürdür. Ancaq həm də təhlükə yaradan və ictimai rəyi çaşdıran prosesdir”.
Rasim
“AzPolitika.info”

Şərhlər
Dadaşevin teklifi mence çox mükemmel ve ağlabatan teklifdir,men tehsil eksperti olmasam da.
Məncə orta təhsil üç yerə bölünməlidir.İlkin aşamada beşillik tam məcburi olmalıdır.Beş ili bitirəndə kimlər hansı sahəyə qabiliyyətlidirsə o fənn üzrə təmayüllü doqquzuncu sinifə qədər oxusunlar.Beşilliyi ölüm-zülüm bitirənlər peşə məktəblərinə yönəldilsinlər,çünki belələrini on birinci sinfə qədər süründürməyin heç bir mənası yoxdur,ondansa vaxtında bir sənətin,peşənin sahibi olsunlar.Doqquzuncu sinfi əla qiymətlərlə bitirənlər əlavə iki il də oxusunlar,11-ci sinifə qədər və universitetlərə yalnız bu əla oxuyanlar imtahan versinlər.Niyə ilk beşillik son dərəcə önəmlidir?Çünki hamıya məlumdur ki,altıncı sinifdən başlayaraq sinifdəki bəzi qızlar kəkil çıxarmağa başlayırlar,oğlanlar da başlayırlar onlarla xosunlaşmağa,bu zaman yaxşı oxuyanlar yavaş-yavaş arxa plana keçirlər,çünki həmin o xosunlaşanlar onlara lağla-istehzayla yanaşırlar,guya özləri onlardan ağıllıdırlar.Və nəticədə o yaxşı oxuyanlar da kollektivdən geri qaldıqlarını görüb əzilməmək üçün yavaş-yavaş kitablardan soyumağa başlayırlar,bilmirlər oxumaq yaxşıdı yoxsa xosunlaşmaq.Beləcə bir çox zəkalı yeniyetmələr yaramaz kollektivin içində əriməyə başlayır.Ağıllı əlaçı həm o xosunlaşanlarla xosunlaşır,siqaret çəkənlərlə xəlvətcə siqaret çəkir,dərsdən qaçanlara qoşulub dərsdən qaçır dəstədən geri qalmamaq üçün,həm də kitabları buraxmır.Amma bunu hər əlaçı bacarmaz yəni,o yaşda böyük ağıl və iradə lazımdır ki yollar ayrıcında olduğunu anlaya bilsin və doğru-düzgün qərar versin özünə:oxumağı davam etdirimmi,yoxsa lotu-potuya qoşulummu?Amma beşinci sinfi bitirənə qədər belə deyil,kim əlaçıdırsa o uşaq bütün sinfin və müəllimlərin ən sevimlisi olur.Həm də 1-dən 5-ə,5-dən 9-a,9-dan 11-ə qədər olan məktəblər bir-birindən ayrı,müstəqil məktəblər olmalıdır.Yalnız onda bizim təhsilimiz gözəl olar.Əlbəttə,bu təklifim çoxlarına indi qəribə gələ bilər,amma heç şübhəm yoxdur ki,yaxın gələcəkdə buna məcbur olacağıq,çünki artıq hamıya bəllidir ki,bələdiyyələr kimi məktəblər də artıq formal bir yer olub,uşaqlar sadəcə gün keçirmək üçün gedib gəlirlər ora,bilik almaq istəyən repetitor yanına gedir.Elə isə niyə özümüzü aldadırıq uşaqlarımız məktəbə gedirlər deyə?Niyə biz hər şeyi göstəriş üçün edirik?Bəyəm məktəbdə alınan biliklərin bolluğu məktəb illərinin sayından asılıdırmı?Qədimlərdə mədrəsələrdə bir-iki il dərs keçilərdi,amma o kiçicik dərslər sonunda dünyaya Birunilər,İbn Sinalar,Qəzalilər,Nizamilər,Nəsirəddin Tusilər,Sədi Şirazilər,Mühyiddin Arabilər və sairə dahilər gəlmədimi?Bu gün 11 il üstəgəl 5 il universitet təhsiliylə o dahilərin əlinə su tökə biləcək səviyyədə də olsa oxumuşları yetişdirə bilirikmi?
öz aramızdı sen de nedense çox canfişanlıq edirsen-xeyir ola
Bu fikirde olan hörmetli deputat Etibar bey ve diger ekspertlerve bu sahe üzre mütexessisler reyler verib tehsilimizi dğnta seviyyesine çuxartmalıdurlar yeni bütün dövlet qurumları ve geç kim yaxasınu kenara çekib kimise gunahlandırmamalıdır.
Tam razıyam.Misir Mərdanov canlı nümunə