Rusiya Ermənistana Metsamor AES-in ikinci reaktorunun təmiri üçün 270 mln. dollar məbləğində kredit ayıracaq.
APA – nın “panarmenian.net” saytına istinadən verdiyi məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Qaqik Xaçatryan bildirib.
Nazir qeyd edib ki, bu vəsait 2014-2018-ci illər ərzində aparılacaq təmir işlərinə sərf olunacaq.
Kredit 10 faizlə 3 il müddətinə verilib.


Şərhlər