Menu

Moskvada tikinti meydançasında güclü yanğın baş verib – VİDEO

07.05.2023, 19:54
Moskvada tikinti meydançasında güclü yanğın baş verib – VİDEO

Moskvanın qərbində açıq tikinti meydançasında 500 kvadratmetr sahədə tikinti materialları yanıb. Bu barədə bazar günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Nataşa Kovşova küçəsi, 17 saylı evdə baş verib.

Bildirilib ki, fövqəladə hadisə yerində nəhəng qara tüstü buludları müşahidə olunub.

Artıq yanğın tamamilə söndürülüb, xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol