Menu

Avropa və Amerika ölkələrinə qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb

08.05.2023, 10:02
Avropa və Amerika ölkələrinə qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb

Ötən il Avropa və Amerika ölkələrinə getmək üçün qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin yaxud vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş tədbirlər zamanı Azərbaycan, Türkiyə və İran ərazilərindən istifadə etməklə Avropa və Amerika ölkələrinə getmək üçün qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb. Aparılmış araşdırmalarla həmin şəxslərin əməllərində insan alveri cinayətinin əlamətləri aşkar edilmədiyindən onlar haqqında ölkə ərazisindən inzibati qaydada çıxarılma tətbiq olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol