ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincier Rusiya ilə Ukrayna arasında yenidən danışıqların başlaya biləcəyini bildirib.
“AzPolitika.info” xəbər verir ki, Kissincier ABŞ-ın “CBS News” nəşrində dərc olunan məqaləsində yazıb ki, Çinin son dövrdəki aktiv rolu Rusiya və Ukraynanı yenidən danışıqlar masasına qaytara bilər.
“İnanıram ki, Ukraynadakı hazırkı böhran dönüş nöqtəsinə yaxınlaşır. İndi Çin danışıqlar aparır. Düşünürəm ki, ilin sonuna qədər bir nəticə əldə olunacaq. İlin sonunda bu danışıqları müzakirə edəcəyik”-deyə, Kissincier qeyd edib.
“AzPolitika.info”


Şərhlər