Menu

Avropa Komissiyasının rəhbəri Kiyevdə səfərdədir

09.05.2023, 10:15
Avropa Komissiyasının rəhbəri Kiyevdə səfərdədir

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Kiyevdə səfərdədir.

“Report”un məlumatına görə, o, bu barədə özünün tviter səhifəsində məlumat verib.

“Əziz tutduğumuz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam. Bu, Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı burada, Ukraynada da Avropa Günü kimi qeyd etmək qərarını alqışlayıram”, - o yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol