Menu

Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya edir

10.05.2023, 14:51
Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya edir

Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Sərəncamda Putin xarici işlər nazirinin müavini Sergey Ryabkovu parlamentdə özünün məlum müqavilənin ləğv edilməsi ilə bağlı nümayəndəsi təyin edib.

Qeyd edək ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol