Menu

Paşinyan Brüssel görüşündən imtina etmir - “Sülh müqaviləsinin imzalanmasından danışmaq hələ tezdir”

11.05.2023, 15:33
Paşinyan Brüssel görüşündən imtina etmir - “Sülh müqaviləsinin imzalanmasından danışmaq hələ tezdir”

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçiriləcək üçtərəfli görüşə gedəcəyini bildirib.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan hökumətinin bugünkü iclasında çıxış edən Paşinyan sərhəddəki gərginliyə rəğmən, görüşdən imtina etmədiyini və Brüsselə yollanmağa hazırlaşdığını deyib.

Paşinyan həmçinin, həmin görüşdə sülh müqaviləsinin imzalanacağı barədə söhbətlərə aydınlıq gətirib: “Təəssüf ki, bu imkan çox azdır. Çünki sülh və dövlətlərarası münasibətlərin bərpası razılaşmasının layihəsi hələ ilkin səviyyədədir və onun imzalanması barədə danışmaq tezdir”.

Qeyd edək ki, bu gün Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Azərbaycan tərəfinin də Brüssel görüşünə razılıq verdiyini bildirib.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol