Menu

"Bu il Azərbaycan və Türkiyə ordusu 10-dan çox birgə təlim keçirəcək” - Zakir Həsənov

11.05.2023, 16:57
"Bu il Azərbaycan və Türkiyə ordusu 10-dan çox birgə təlim keçirəcək” - Zakir Həsənov

"Hər il həm Azərbaycanda, həm də Türkiyədə ortaq hərbi təlimlər keçirilir. 2023-cü ildə 10-dan çox birgə təlimin keçirilməsi planlaşdırılıb".

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, Vətən müharibəsi iki qardaş xalq arasında əlaqələrin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol