Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu prezidentliyə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncəni “Altılı masa”ya dəvət edib.
Bu barədə CHP lideri Tvitterdə bildirib.
“Mənim çağırışım hələ də qüvvədədir. Artıq keçmişdə baş vermiş inciklikləri bir kənara qoyaq. Lütfən buyurub gəlsin”, - Kılıçdaroğlu qeyd edib.
Qeyd edək ki, Məhərrəm İncəni “Altılı masa”nı və Kamal Kılıçdaroğlunu FETÖ və PKK ilə işbirliyində ittiham edib. FETÖ İncəni məhz namizədliyini Kılıçdaroğlunun xeyrinə götürmək üçün intim kasetini yaymaqla şantaj edib.
Məhərrəm İncəninin bunu açıq bəyan etməsinin Kamal Kılıçdaroğluna seçkidə ağır zərbə vuracağı gözlənilir. CHP liderinin bunu bildiyi üçün Məhərrəm İncəni yanına çəkməyə çalışdığı istisna edilmir.
"AzPolitika.info"


Şərhlər