Rusiya İstintaq Komitəsi Vladimir Putin və Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova barəsində həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimlərini axtarışa verməyə hazırlaşır.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib.
O, sözügedən qərarın qəbuluna təsir göstərən məhkəmənin prokuroru, sədrləri və üç hakimi tezliklə axtarışa verəcəklərini deyib.
Xatıraldaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin, eləcə də Mariya Lvovskaya-Belovanın həbsi üçün beynəlxalq order verib.
“AzPolitika.info”


Şərhlər