Menu

“ABŞ-nin və NATO-nun müharibəyə sürüklənməsinə imkan verməyəcəyik” – Lloyd Austin

12.05.2023, 13:59
“ABŞ-nin və NATO-nun müharibəyə sürüklənməsinə imkan verməyəcəyik” – Lloyd Austin

“ABŞ-nin və NATO-nun Vladimir Putinin Ukraynada başlatdığı müharibəyə sürüklənməsinə imkan verməyəcəyik”

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Austin deyib.

Austin bəyan edib ki, onlar Ukraynanın azadlıq mübarizəsini lazım olduğu qədər dəstəkləyəcəklər.

“Biz Putinin başlatdığı müharibəyə sürükləməyəcəyik. Lakin Ukrayna özünü müdafiə etdiyi müddətcə onun yanında olacağıq və NATO-nun kollektiv müdafiə və çəkindirmə imkanlarını gücləndirməyə davam edəcəyik”, -Ausitin bildirib.

O, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı təhdidlərdən danışaraq xatırladıb ki, ABŞ son bir ildə Ukraynaya Rusiya ilə mübarizədə kömək etmək üçün 32 milyard dollardan çox vəsait ayırıb:“Bu, Ukraynanın ən aktual ehtiyaclarını, o cümlədən hava hücumundan müdafiə, artilleriya sistemləri, tanklar və digər zirehli texnikaları almağa kömək etdi. Bu, döyüş meydanında nəzərəçarpacaq uğurlara gətirib çıxardı. Müharibədən sonrakı bir il ərzində, Ukrayna Silahlı Qüvvələri Kiyev, Xarkov və Xerson döyüşlərində qalib gəldilər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol