Menu

Rusiya ordusu yenidən Ternopola hücum edib

14.05.2023, 10:39
Rusiya ordusu yenidən Ternopola hücum edib

Bazar günü səhər tezdən Rusiya ordusu Ukraynanın Ternopil bölgəsinə raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vladimir Truş bildirib. Onun sözlərinə görə, bağ evləri və ticarət obyektləri zədə alıb.

Məlumatda bildirilir ki, raketlər bölgəyə gecənin ikinci aviareydi zamanı - səhər saat 5 radələrində düşüb.

“Hadisə yerinə gələn mütəxəssislər iki evin, on iki bağ evinin dağılmasını qeydə alıblar. Hadisə yerində başlayan yanğın dərhal söndürülüb. Həmçinin mülki ticarət və təsərrüfat obyektləri və 9 yük maşını raket zərbələri nəticəsində zədələnib”, – məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol