Menu

Ukrayna SQ Baxmut yaxınlığında Rusiya ordusunun 10-dan çox mövqeyini tutub

14.05.2023, 20:33
Ukrayna SQ Baxmut yaxınlığında Rusiya ordusunun 10-dan çox mövqeyini tutub

Ukrayna Silahlı Qüvvələri (SQ) Baxmut şəhəri yaxınlığındakı qəsəbələrdə irəliləməyə davam edir.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya qoşunlarının 10-dan çox mövqeyini tutub.

“Bizim bölmələrimiz bu gün Baxmut ərazisinin şimalında və cənubunda 10-dan çox düşmən mövqeyini ələ keçirib və İvanovski rayonundakı meşənin əhəmiyyətli hissəsini təmizləyib”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol