Əfqanıstanın paytaxtı yaxınlığında xaricilərin yaşadığı ərazi Talibanın hücumuna məruz qalıb.
Noyabrın 19-da Kabilin şərqində “Green Village” (Yaşıl Kənd) adlanan yerin darvazası yaxınlığında avtomobil partladılıb.
Hücuma görə məsuliyyəti tvitterdə Taliban üzərinə götürüb.
Kabil polisinin rəisi general Mohammand Zahir deyib ki, hücumda 4 yaraqlı öldürülüb. Hücumçulardan biri maşını partladarkən həlak olub, 3-nü polis atışmada öldürüb.
“Green Village”-də beynəlxalq şirkətlərdə çalışan xaricilər yaşayır. Ötən il Talibana məxsus intiharçı həmin yerdə maşın partladıb.
Xaricilər bu il ölkəni tərk edir, Taliban isə davamlı hücumlar təşkil edir. /AzadlıqRadiosu


Şərhlər