Menu

İrəvanda şok hərbçi istefası

20.11.2014, 10:22
İrəvanda şok hərbçi istefası

General Martirosov baş hərbi müfəttiş vəzifəsindən getdi

Ermənistanın hərbi dairələrində ciddi istefa qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Ermənistanın baş hərbi müfəttişi, general-leytenant Leonid Martirosov istefa verib.

Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb ki, Serj Sarkisyan onun istefasını qəbul edib. Son günlər Azərbaycanın mövqelərimizə hücum etmiş erməni helikopterini vurmasından sonra erməni hərbi dairələrində təşviş yaşanmaqdadır. Erməni generaliteti bir-birinə zidd bəyanatlar yayaraq özlərini pis vəziyyətə qoyurlar.

Ermənistan XİN isə bu avantüraya haqq qazandırmağa çalışmayaraq ümumiyyətlə susur

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol