Macarıstan Avropa Sülh Fondundan Ukraynaya daha bir yardım paketinin köçürülməsinə mane olub.
“AzPolitika.info” xəbər verir ki, gələn bazar ertəsi ayrılacaq tranşın məbləği 500 milyon avro təşkil edir.
Budapeşt Avropa Sülh Fondundan gələcəkdə qlobal statusunu saxlaması və yalnız Kiyevi silahlandırmaq üçün istifadə olunmayacağına dair təminat tələb edib.
Macarıstan Rusiyanın Ukraynaya təcavüzünü davamlı olaraq pisləməyən azsaylı Aİ ölkələrindən biridir. Ölkə Rusiyadan enerji təchizatından asılı qalmaqda davam edir. Baş nazir Viktor Orban Rusiya rəhbəri Vladimir Putinlə yaxın dostluq münasibətlərinə malikdir. Macarıstanın Vaşinqtondakı səfirliyinin saytında yer alan analitik materialda bildirilir ki, Ukrayna hakimiyyəti etnik azlıqları, o cümlədən 150 minə yaxın ukraynalı macarı sıxışdırır.
Bu ölkə veto hüququndan istifadə edərək, dəfələrlə Aİ-nin Ukraynanı dəstəkləmək və Rusiyanı qınamaq qərarlarına mane olub. Məsələn, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsi ilə bağlı qərarının Avropa səviyyəsində təsdiqlənməsinə mane olub. Məhkəmə Rusiya Prezidentini və uşaq ombudsmanı Mariya Lvova-Belovanı ukraynalı uşaqları məcburi deportasiya etməkdə ittiham edib.
Avropa Sülh Fondu bütün üzv ölkələrin töhfə verdiyi Avropa İttifaqı ölkələrinin təşkilatıdır. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri fond dəfələrlə Ukraynaya həm hərbi, həm də humanitar məqsədlər üçün əhəmiyyətli yardım paketləri təqdim edib.
“AzPolitika.info”


Şərhlər