Menu

Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlanmasını təklif edib

16.05.2023, 17:08
Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlanmasını təklif edib

"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı:

"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".

Şərhlər

Adil 2023-05-16 21:24:37

Cənab nazir. Ötən dövr açıq şəkildə göstərdi ki, Siz təhsil sahəsinə tamamilə yadsınız. Həmçinin ola bilsin hansı sahədə xırda funksioner kimi lazım olarsınız. Amma həzrət Abbas haqqı nazir vəzifəsi tamamilə Sizlik deyil.

kim 2023-05-16 21:22:51

Təhsil uzun olsa yaxşıdır, amma sənin məktəblərin təhsil vermir axı. Ona görə 1 oktyabrdan başlasan da, ziyanı yoxdu

Valideyin 2023-05-16 18:34:03

Doğru təklifdir.

Hadı 2023-05-16 17:38:37

30 ildir təhsilimizin başında eksperiment apardınız, və təhsili batırandan sonra anladınız ki, sovet təhsilinə qayıdılmalıdır. Amma qayıdıb onu da bərbad günə qoyacaqsınız. Çünki təhsildən anlayışınız yoxdur, varsada ancaq onun büdcəsi ilə əlaqəlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol