Menu

“Günay Sığorta” ASC-də yeni təyinat

16.05.2023, 17:45
“Günay Sığorta” ASC-də yeni təyinat

“Günay Sığorta” ASC-nin açıqladığı məlumata əsasən, Şirkətin İdarə Heyətinin sədri vəzifəsinə İdarə Heyətinin üzvü Rzayev Pərviz Səxavət oğlu təyin olunub. Pərviz Rzayev 2020-ci ildən “Günay Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

İdarə Heyətinin sədri vəzifəsini icra edən Hikmət Salmanlı isə öz faəliyyətini İdarə Heyətinin üzvü kimi davam etdirəcək.

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 31 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Hazırda 11.1 milyon manat nizamnamə kapitalına malik olan "Günay Sığorta" ASC 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol